Azedu.az

Magistraturaya qəbul: “İmtahanlar əvvəlkinə nisbətən çətinləşib”

Məktəblər

Universitetlər

Maraqlı

Magistratura

1 May 2024, 14:34
Magistraturaya qəbul: “İmtahanlar əvvəlkinə nisbətən çətinləşib”

“Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə keçirilən qəbul imtahanları əvvəlki illərə nisbətən daha çətin oldu”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

Kamran Əsədov bildirib ki, magistraturaya qəbul imtahanının çətin olması iştirakçılar arasında ciddi narazılığa səbəb olub:

 

“Müqayisə üçün deyim ki, keçən il toplanılan orta bal bu ildən kifayət qədər yuxarı idi. Təbii ki, müəyyən ixtisasların balların aşağı düşməsi gözləniləndir. Magistr pilləsinin plan yerlərinin tam olaraq dolması üçün bu addım atılıb. Yəni,bu halda yüksək bal toplayanlar az olsa da, hamı magistratuya qəbul ola biləcək. Əslində, süni şəkildə imtahanların çətinləşdirilməsi və asanlaşdırılması beynəlxalq təcrübədə qəbul edilməyən bir addımdır. Bu imtahanı keçirən qurumun müəyyən qədər ciddiyyətini aşağı salır. Hesab edirəm ki, illər ərzində sualların ağırlıq səviyyəsinin mütəmadi olaraq süni çətinləşdirilməsi hal yaxşı deyil”.

 

Təhsil eksperti qeyd edib ki, bu gün az bal yığıb Azərbaycanda magistr pilləsinə qəbul ola bilməyənlərin çoxu, təhsillərini xaricdə davam etdirməyi seçirlər:

 

“Bu da ölkədən kənara beyin və maliyyə axını deməkdir. Xüsusən Məntiq fənnindən təqdim edilən test tapşırıqlarının ağırlıq səviyyəsi çox idi. Sualların həcmi geniş idi. Uşaqlar sualların cavabını yazana qədər kifayət qədər vaxt itirirdilər. Sualların süni şəkildə çətinləşdirilməsi ümumi qəbul olanların sayına da öz mənfi təsirini göstərəcək. Nəzərə salsaq ki, qəbul plan yeri kifayət qədər çoxdur. Bu da ali məktəblərə daha aşağı balla qəbulların həyata keçməsinə, həmçinin plan yerlərinin boş qalmasına gətirib çıxaracaq”.

Ukrayna neft zavodunu vurdu - Putin ƏMR VERDİ
Son xəbərlərDaha çox