“İşğaldan azad edilmiş ərazilərdə infranstruktur qurulur”
AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib:
O, bildirib ki, iğaldan azad edilmiş ərazilərdə təhsil infranstrukturu qurulur:
"Azad edilmiş ərazilərdə 2 məktəbəqədər təhsil müəssisəi fəaliyyət göstərir. Burada 30 şagird təhsil alır, 3 təhsilverən çalışır. Qeyd edim ki, 4 məktəbəqədər təhsil müəssisəsinin tikintisi davam edir, 4-nün isə tikintisinə başlanılacaq".
E.Bağırov qeyd edib ki, azad edilmiş ərazilərdə 5 ümumitəhsil müəssisi fəaliyyət göstərir:
"Həmin məktəblərdə 107 müəllim fəaliyyət göstərir, 762 şagird isə təhsil alır. 13 ümumtəhsil müəssisəsinin təmir-tikintisi davam etməkdədir. 6 müəssisənin isə tikintisinə başlanılacaq".