Bu il üçün təhsilverənlərin sertifikatlaşdırılmasının vaxtı açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında məlumat verib.
O bildirib ki, sertifikatlaşdırma iyunda keçiriləcək:
"Bu il sertifikatlaşdırmaya 31 035 müəllim cəlb olunacaq" - deyə Eşqi Bağırov qeyd edib.