Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 10-da tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bəzi ekspertlər nəticələrin bu gün elan ediləcəyini bildirir.
AzEdu.az Təhsil Portalı olaraq imtahan nəticələrinin nə zaman elan olunması ilə bağlı DİM-ə sorğu ünvanladıq.
DİM-dən sorğumuza cavab olaraq bildirildi ki, imtahan nəticələrinin elan olunma tarixi ilə bağlı dəqiq tarix demək mümkün deyil:
“Nəticələrin bu həftə ərzində açıqlanması nəzərdə tutulur. Cavablar tam hazır olduqdan sonra paylaşılacaq. Ekspertlərin dediyi tarixlər isə həqiqəti əks etdirmir. İmtahan nəticələrini DİM elan edir”.