Azedu.az

Sabahdan Ramazan tətili başlayır

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

9 Aprel 2024, 09:46
Sabahdan Ramazan tətili başlayır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq Qərarına əsasən, 2024-cü ilin 12 aprel iş günü ilə müvafiq olaraq 6 aprel istirahət gününün yerləri dəyişdirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.


Qeyd edilənləri nəzərə alaraq, 5 günlük qrafiklə işləyən təhsil müəssisələrində bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 15 aprel tarixidir.

 


6 günlük qrafiklə işləyən müəssisələrdə isə bayramdan əvvəl son iş günü 9 aprel, bayramdan sonrakı ilk iş günü 12 aprel tarixidir.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox