Azedu.az

Orta məktəbdə 56 min manat pul mənimsənilib

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

5 Aprel 2024, 16:42
Orta məktəbdə 56 min manat pul mənimsənilib

Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Rusiyanın şəhərləri BOMBARDMAN EDİLİR - Ukraynadan canlı bağlantı
Son xəbərlərDaha çox