Elm və Təhsil Nazirliyinin tabeliyində Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin bu il buraxılış imtahanı verən 16 şagirdi riyaziyyat fənni üzrə maksimum nəticə (100 bal) göstərib.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Həmin şagirdlərin siyahısını təqdim edirik:
Bu şagirdlərdən 13 nəfəri maksimal nəticəni əlavə hazırlığa getmədən toplayıb.
Eyni zamanda, Tağızadə Yusif Vüqar oğlu və Qurbanov Məhəmməd Habil oğlu ingilis dili fənni üzrə də buraxılış imtahanında maksimum nəticə (100 bal) göstərib.
Məlumat üçün bildirək ki, şagirdlərdən Alıyeva Nuray Nadir qızı Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə iki dəfə qızıl medal, İmaməliyeva Fidan Ənvər qızı isə kimya fənni üzrə iki dəfə gümüş medal qazanıb.
Ümumilikdə sözügedən liseyin bu il buraxılış imtahanı verən 52 nəfər XI sinif şagirdindən 32-si 250-dən çox bal toplayıb.