Dövlət proqramına qəbul 1 mart tarixindən başlayıb və 15 iyuna qədər davam edəcək. Müsahibəyə isə aprel ayının 5-dən start verilir.
AzEdu.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbulun müsahibə mərhələsinin başlaması ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müsahibə müddətində namizədlərin bilik bacarıqları yoxlanılır:
"Keçid balı 40 bal olaraq müəyyən edilir. Maksimum bal 50 bal müəyyən edilib. 80 bakalavriat, 320 magistr səviyyəsi olmaqla 400 nəfərin seçilmə şansı var".