Martın 30-u saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit olub, əsasən yağmursuz keçib.
Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qqar örtüyü tədricən əriyib. Şahdağda 14 sm olub
Havanın maksimal temperaturu iqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək isti, Naxçıvan MR-da 16-21 dərəcə isti, Aran rayonlarında 19-22 dərəcə isti, dağlıq rayonlarda 15 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək isti olub.