Azedu.az

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib  

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

Tələbə və şagird

16 Mart 2024, 16:02
Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib  

Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib

 

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, martın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın final turu keçirilib.

 

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada rayon turunun qalibləri olan 214 şagird iştirak edib. Olimpiadada məktəblilərə 25 test tapşırığı təqdim olunub və cavablandırılması üçün 3 saat vaxt ayrılıb.

 

“Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyi”nə həsr olunan olimpiada məktəb, rayon və muxtar respublika olmaqla 3 turdan ibarət təşkil olunub və məktəb turunda 5 mindən artıq şagirdin iştirakı təmin olunub. 

 

Qeyd edək ki, final mərhələsinin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.

 

Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox