Azedu.az

Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

10 Mart 2024, 10:39
Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

 

"2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək", - Tokayev qeyd edib.

Lavrov türkiyədən sonra İrana gedir: Nə baş verir?
Son xəbərlərDaha çox