Xəzər rayonu 156 nömrəli tam orta məktəbin şagirdləri arasında baş verən hadisəyə həmin məktəbin direktoru münasibət bildirib.
AzEdu.az xəbər verir ki, məktəbin direktoru Gülər İsmayılovanın sözlərinə görə hadisə yanvarın 17-də baş verib:
“Hadisə yanvarın 17-si məktəbdən kənar vaxtda, təqribən saat 3-dən sonra baş verib. Onu qeyd edim ki,maksimum 7 dərs saatı 2-yə qalmış bitir. Videoda görünən 2 nəfərdən yalnız biri, yəni hadisəni törədən şəxs məktəbin 11-ci sinif şagirdidir. Görüntüləri çəkən və kənarda duran izləyicilər məktəbimizin şagirdi deyillər.
Direktor qeyd edib ki, 14 fevral məlumatı əldə etdikdən sonra şagirdi və valideyni məktəbə psixoloqla görüşmək üçün dəvət edilib:
"Məktəbin psixoloqu həmin şagirdlə söhbət aparıb. Şagird bunu zarafat məqsədilə etdiyini, eyni zamanda peşman olduğunu qeyd edib. Hazırda bizdə olan məlumata görə bağlı hüquq-mühafizə orqanları məsələdən agahdır və araşdırma aparılır. Yəqin ki, yaxın günlərdə ictimaiyyətə hüquq-mühafizə orqanları tərəfindən daha aydın məlumat təqdim ediləcək”.