Şagirdlərin elektron yerdəyişməsi başlayıb.
AzEdu.az xəbər verir ki, sy.edu.az portalı üzərindən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktivləşib.
Qeyd edək ki, 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu siniflər üzrə yerdəyişmə prosesi də martın 1-dən tədris ilinin sonunadək aktiv edilməyəcək.
Bu gün saat 11:00-dan etibarən 2023-2024-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesinə başlanılır.
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.