Azedu.az

SOS: Şiddəti əks etdirən görüntüləri izləmək bu problemlərə YOL AÇIR

16 Fevral 2024, 16:50
SOS: Şiddəti əks etdirən görüntüləri izləmək bu problemlərə YOL AÇIR

Son günlər sosial şəbəkələrdə qeyri-etik, şiddəti əks etdirən görüntülər durmadan tirajlanır. Bu görüntülər təəssüf ki, uşaqlar tərəfindən də izlənir.

 

Bu cür görüntülərin psixologiyaya təsiri faktların sayının artmasına səbəb ola bilərmi?

 

Mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Seyidfatimə Abbasova AzEdu.az-a danışıb.

 

 Açıklama yok.

Psixoloq bildirib ki, xüsusi ilə uşaq və gənclər bu cür məzmunlara məruz qaldıqda psixoloji problemlərlə qarşılaşa bilərlər:

 

“Şiddətli görüntülər insanın emosional tarazlığını itirməsinə, narahatlıq səviyyəsinin artmasına və travmatik reaksiyaların inkişafına səbəb ola bilər. Araşdırmalar göstərir ki, bu cür görüntülər depressiya, təşviş və aqressiv davranışla nəticələnə  bilər.

 

Qeyd edib ki,  şiddət əks etdirən media görüntüləri aqressiv davranışa gətirib çıxara bilər:

“O cümlədən, baxılan zorakılıq səhnələri insanların davranışlarına təsir edə, (xüsusilə uşaqlar gördükləri davranışları təqlid etməyə meyllidirlər), emosional reaksiyalar yarada, (qorxu, qəzəb və s.), şiddət əks etdirən görüntülər şiddəti normal davranış kimi qəbul etmək meylinə, fərdlərin real dünyada zorakılığı daha məqbul hesab etməsinə səbəb ola bilər.

 

Travmatik təsirlərə səbəb ola bilər, çünki:

 

“Şiddətli şəkillər izləyicilərdə qorxu, qəzəb və ikrah kimi güclü emosional reaksiyalara səbəb ola bilər, media tamaşaçılara dünyanın təhlükəli və idarəolunmaz olduğunu hiss etdirə, insanda keçmiş travmalarla bağlı geri dönüşlər və ya tətiklər yaşayırmış kimi hiss edə, qorxulu və ya şiddətli səhnələr gecə kabuslarına səbəb ola bilər ki, bu da insanın ümumi həyat keyfiyyətinə təsir edə bilər”.

 

Müsahibimiz valideynlərə bir sıra tövsiyələr verib:

“Sosial mediada bu təsirlərə məruz qalmamaq üçün istifadəçilər məzmun seçərkən diqqətli olmalı və lazım olduqda filtrləmə və ya məzmun məhdudlaşdıran vasitələrdən istifadə etməlidirlər. Bundan əlavə, valideynlər övladlarını bu cür məzmunlar haqqında məlumatlandırmalı və övladlarının mediadan istifadəsinə nəzarət etməlidirlər. Bu tədbirlər fərdlərin sosial mediadan istifadəsinin psixoloji sağlamlığına mənfi təsirlərini azaltmağa kömək edə bilər”.

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox