Hər il ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə qəbul prosesi zamanı müəyyən ixtisasların keçid balları qalxır və yaxud enir.
Maraqlıdır, bu il magistraturaya keçid balları enə bilərmi?
Məsələ ilə bağlı AzEdu.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.
Kamran Əsədov bildirib ki, bu ilki magistraturaya qəbul imtahanlarında keçid balları enə bilər:
“Bu ilki imtahanlarda müəyyən plan yerlərinin artması gözlənilir. Keçən il magistraturaya 14 081 plan yeri ayrılmışdı. Həmən plan yerlərinin 7693-ü ödənişli, 6388-i isə dövlət sifarişi idi. Bu il plan yerləri artacaq. İngilis dilindən essenin əlavə olunması 5 balın artıq itirilməsi mənasına gələ bilər. Həmçinin magistratura imtahanının1-ci mərhələsinin nəticəsi əsasında deyə bilərəm ki, 57-73 arası bal toplayan bakalavrların sayı daha çoxdur. 90-dan yuxarı bal toplayan bakalavrlar isə azdır. Yəni, bu proqnoz onu göstərir ki, bu il 2023-cü ildən ciddi bir fərq olmayacaq. Əksinə, müəyyən qədər keçid balı enə bilər. Çünki xarici dil fənnindən 5 bal esse əsasındadır. Ona görə də 2023-cü ildən müqayisədə 3 bala qədər enmələr müşahidə olunacaqdır”.