Qeydlər:
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Xəzər, Sumqayıt, Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb. Yaxın günlərdə hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.