Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsində məsləhətçi və aparıcı mütəxəssis vəzifələri üzrə vakansiya elan edilib.
DİM-dən AzEdu.az-a bildirilib ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə fevralın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.