Azedu.az

Buraxılış imtahanları: “Abituriyentlərin nəticələri getdikcə geriləyir”

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

Təhsil ekspertləri

Tələbə və şagird

Şikayət qutusu

29 Yanvar 2024, 11:11
Buraxılış imtahanları: “Abituriyentlərin nəticələri getdikcə geriləyir”

Xəbər verdiyimiz kimi, 3 mart tarixindən etibarən ali təhsil müəssislərinə qəbulun birinci mərhələsi olan buraxılış imtahanları başlayacaq. Hər zaman olduğu kimi bu il də maksimum nəticənin olub-olmayacağı müzakirə mövzularından biridir.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışıan təhsil jurnalisti Məzahir Məmmədli qeyd edib ki, bir neçə amil abituriyentlərin yüksək nəticə göstərməsinə təsir edir:

 

“Buraxılış imtahanları hər il vaxtından təxminən 1-2 ay əvvəl keçirilir. Demək olar ki, hər kəs bundan narazıdır. İl keçdikcə abituriyentlərin nəticələri geriləməyə doğru gedir. Lakin bu o demək deyil ki, onlar zəifdir. Sadəcə olaraq imtahanlara proqram tamamlanmadan başlanılması, sualların getdikcə çətinləşməsi və namizədlərin stress, həyəcan, narahatlıq, gərginlik və s. bu cür hisslər keçirməsi təbii olaraq abituriyentlərin nəticələrinə xeyli təsir edir”.

 

M.Məmmədli qeyd edib ki, bu il buraxılış imtahanlarından 1-2 nəfər maksimum nəticə göstərə bilər:

 

“Nəzərə almalıyıq ki, əvvəllər maksimum nəticə göstərən abituriyentlərin sayı daha çox idi”, -deyə fikrini tamamlayıb.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox