Azedu.az

Oxumaq üçün hər gün 4-5 km piyada yol gedirlər

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

24 Yanvar 2024, 10:04
Oxumaq üçün hər gün 4-5 km piyada yol gedirlər

Lerikdə şagirdlər dərsə getmək üçün hər gün 4-5 kilometr yol qət edirlər. 

 

AzEdu.az xəbər verir ki, bu barədə jurnalist Günel Feyzullayeva sosial şəbəkədə paylaşım edib. 

 

O bildirib ki, kənd məktəbi 9 illik olduğundan onlar 10-11-ci sinfi Vistən kəndində oxumalı olurlar. 

 

"Soruşuram yol sizi yormur? Deyirlər, əziyyətimizin bəhrəsini görəndə unudacağıq hamısını... Aralarında müəllim olmaq istəyən də var, həkim olmaq istəyən də", - deyə jurnalist vurğulayıb.

 

Qeyd edək ki, bu günlərdə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Günel Habilqızı (Feyzullayeva) müəllifi və aparıcısı olduğu "Orda bir kənd var" layihəsi çərçivəsində Lerikin Vistən kəndində olmuşdur. Layihə rəhbəri kəndin keçmiş tarixi və insanların indiki yaşayışı ilə bağlı maraqlı verliş hazırlamışdır.

NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox