Azedu.az

Məktəblilər azadlıq mübarizəsinə həsr olunmuş kompozisiyalar təqdim ediblər

Məktəblər

Maraqlı

20 Yanvar 2024, 13:36
Məktəblilər azadlıq mübarizəsinə həsr olunmuş kompozisiyalar təqdim ediblər

Bakıdakı 167 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan “Azadlığa gedən yolun zirvəsi” adlı tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

 

Tədbir Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Məktəbin direktoru Taleh Quliyev təhsil müəssisəsinin 20 Yanvar şəhidi İlqar İbrahimovun adını daşıdığını xatırladıb və xalqımızın qəhrəmanlığından danışıb.

 

Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov 20 Yanvar hadisələrinin tarixindən bəhs edib, 34 il öncə baş verən faciənin müstəqillik uğrunda xalqımızın apardığı azadlıq hərəkatı kimi Azərbaycan tarixinə həkk olunduğunu vurğulayıb. H.Əsgərov Azərbaycan xalqının apardığı mübarizə tarixinin bizi 20 Yanvar hadisələrindən keçirib müstəqilliyə və zəfərə qovuşdurduğunu diqqətə çatdırıb, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətinin, son nəfəsədək mübarizəsinin gənc nəsillərə çatdırılmasının vacibliyindən danışıb. O, təhsil ocaqlarında şagirdlərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib, 20 Yanvar hadisələrinə həsr olunan tədbirlərin bu məqsədlərə xidmət etdiyini deyib

 

Sonra şagirdlər müstəqillik və vətənpərvərlik mövzularında ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox