Xəbər verildiyi kimi, dünən gecə saatlarında Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda yanğın baş verib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı AzEdu.az-a bildirib ki,22-ci məhəllədə baş verən yanğında azyaşlılardan zərərçəkən yoxdur.
Qeyd edək ki, Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.
Nigar Nəcəfova