Azedu.az

Məktəbdə şagirdlərdən ibarət yaradıcı klub yaradılıb - FOTO

18 Yanvar 2024, 11:42
Məktəbdə şagirdlərdən ibarət yaradıcı klub yaradılıb - FOTO
Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə yeni bir ilkə imza atılıb.
 
 
Məktəbdən AzEdu.az-a verilən məlumata əsasəntəhsil müəssisəsində "Şən və hazırcavablar" klubu yaradılıb.
 
 
Məlumatda qeyd olunub ki, xüsusi istedadı ilə seçilən, yumor hissi güclü olan şagirdlər "Bizimkilər" adlı klubda birləşdilər. Burada əsas məqsəd şagirdlərin aktyorluq, yaradıcı və yumor qabiliyyətlərini aşkara çıxarıb inkişaf etdirmək, eyni zamanda digər şagirdlərə ideya yaratmaqdır.
 
 
Klubun balaca aktyorları qısa zaman ərzində öz səhnəcikləri ilə digər məktəblərə səfər edəcək və balaca dostlarını da əyləndirəcəklər. Məşqlər dərsdən sonrakı vaxtlarda keçirilir və şagirdlər dərsdən sonrakı vaxtlarını səmərəli keçirirlər.
 
 
17 şagirdin birgə yaratdığı klub bugün ilk səhnə fəaliyyətinə başlayıb.
 
 
 
 
NATO qırıcıları HƏRƏKƏTƏ KEÇDİ - Rusiyaya cavab
Son xəbərlərDaha çox