Azedu.az

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

17 Yanvar 2024, 12:59
“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, görüş yanvarın 18-də paytaxtdakı 276 nömrəli tam orta məktəbdə baş tutacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar olacaq.  

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox