Azedu.az

“Türk mənşəli arxaizmlər lüğəti”nin I cildi çapdan çıxıb

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

16 Yanvar 2024, 17:53
“Türk mənşəli arxaizmlər lüğəti”nin I cildi çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində tərtib olunmuş “Türk mənşəli arxaizmlər lüğəti”nin I cildi çapdan çıxıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında tərtib olunmuş lüğətin I cildinə A, B, C, Ç, D, E, Ə hərfləri daxil edilib. Layihənin rəhbəri və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova, elmi redaktoru professor Nadir Məmmədlidir.

 

Lüğətdə hər bir arxaizmə aid nümunələr xronoloji ardıcıllıqla düzülüb. Əsər Azərbaycan dilinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya, fonetika sahələri üçün zəngin material mənbəyi olub konkret dövrlər üzrə aparılacaq tədqiqatlar üçün geniş imkanlar açır. Belə bir qeyri-normativ xüsusiyyətə malik lüğətin yaradılması Azərbaycan dili tarixinin tədqiqatı sahəsində yenidir və tədqiqatçılar üçün əvəzolunmaz məxəzdir.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox