Azedu.az

Atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək

Məktəblər

Maraqlı

16 Yanvar 2024, 17:30
Atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək

Respublika Olimpiya Mərkəzində 2007-2008 təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı şəhər qış birinciliyi keçiriləcək.

 

Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, turnir yanvarın 18-19-da təşkil olunacaq.

 

Yarışda 9 idman klubu və cəmiyyətindən 120 nəfərin iştirakı gözlənilir.

 

Şəhər birinciliyinin proqramına 3 təkanla tullanma, hündürlüyə tullanma, 60 m (s/q-da daxildir), 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış, 4x200 m estafet qaçışı daxildir.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox