Azedu.az

Tələbənin startapı 25 min manat qazanıb

Məktəblər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

15 Yanvar 2024, 11:20
Tələbənin startapı 25 min manat qazanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Vüqar Əliyevin həmtəsisçisi olduğu “4You” startapı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən “Startup Wise Guys” proqramının qalibi olub.

 
 

AzEdu.az xəbər verir ki, finalda 10 komanda ilə yarışan startap 25 000 manat məbləğində investisiya qazanıb və “LTC İnnovation”də Qlobal Akselerasiya proqramında iştirak haqqı əldə edib.

 

Qeyd edək ki, “4You” startapı peşəkar psixoloqlarla seansları onlayn formatda təqdim edən platformadır.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox