Azedu.az

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin vaxtı AÇIQLANIB  

Məktəblər

Maraqlı

12 Yanvar 2024, 17:15
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin vaxtı AÇIQLANIB  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayacaq. 

 

Bu barədə BŞTİ-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, 2023-cü ildə keçirilən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu  üzrə müsabiqənin test imtahan mərhələsində uğur qazanmış (35 və daha çox bal toplayan) namizədlərin müsahibə mərhələsinə 15.01.2024-cü il tarixdən start veriləcək.

 

Test imtahan mərhələsində uğur qazanan və 12 dekabr 2023-cü il tarixinədək müsahibə və vakansiya seçimi müraciətlərində qeydiyyatdan keçən namizədlər bal ardıcıllığına uyğun olaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.

 

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərin psixoloji və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğunluğu barədə qərar veriləcək.  Müsahibənin nəticəsi namizədin şəxsi kabinetinə göndəriləcək.

 

Nəticələrlə bağlı müraciətlərə müsabiqə başa çatdıqdan sonra Apelyasiya Komissiyası tərəfindən bir həftə ərzində baxılacaq.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox