Təhsil müəssisələrində qanunsuzluqlarla üzləşən müəllim, valideyn və ya digər xidmət sahəsində çalışan şəxslər var. Bunlar çox zaman direktorların özbaşınalığı, müəllimlərin yol verdiyi qanunsuzluqlarla bağlı olur.
Qeyd olunan şikayətlərlə bağlı Elm və Təhsil Nazirliyinə necə müraciət etmək olar?
AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi bu kimi hallara qarşı aşağıdakı formada müraciət etməyi tövsiyə edir.
“Təhsil sahəsindəki hər hansı bir şikayətlə bağlı müraciətinizi //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək, əsaslı faktlarla şəxsi kabinetiniz vasitəsilə Elm və Təhsil Nazirliyi və tabe qurumlara elektron qaydada göndərməyiniz tövsiyə olunur”.