Hazırda Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur.
Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, istifadəçilər //portal.edu.az/ portalının “Elektron arayışlar” xidməti vasitəsilə aşağıdakı arayış növlərini əldə edə bilirlər:
Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. Belə ki, //portal.edu.az/ portalında qeydiyyatdan keçən istifadəçilər “Şəxsi kabinet”in elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsini seçərək müvafiq arayış növü üzrə müraciət göndərirlər. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.
Eyni zamanda Elm və Təhsil Nazirliyinin rəsmi saytında (//edu.gov.az/az/yoxla) elektron arayışın identifikasiya nömrəsi və müraciətçinin doğum tarixini yazmaqla sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.
Bununla yanaşı, ümumi və tam orta təhsil haqqında attestat, diplom və dövlət proqramları vasitəsilə xaricdə təhsil barədə məlumatlar qeyd olunan arayışları "myGov" portalından əldə etmək mümkündür.