Elm və Təhsil Nazirliyinin “Məktəblinin Dostu” layihəsi üzrə məktəblinin dostu vəzifəsinə işçi qəbulu elan edilir.
Nazirlikdən AzEdu.az-a bildirilib ki, vakansiyalar Bakı, Lənkəran, Masallı, Cəlilabad şəhərləri üzrə keçərlidir.
Namizədlərə tələblər:
Kişi namizədlər mütləq hərbi bilet təqdim etməlidirlər.
Öhdəliklər:
Tələblərə uyğun namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.
İmtahanda məntiq, dünyagörüşü, ilkin psixoloji dəyərləndirmə və təhsil qanunvericiliyinə aid suallar təqdim edilir. Bu mərhələdə uğur qazanan namizədlər müsahibəyə dəvət edilir və müsahibədən keçən namizədlər təlimlərə cəlb olunurlar.
Təlimləri uğurla başa vuran namizədlər işə qəbul ediləcəklər.
Müraciət üçün linkə daxil olaraq anketi doldura bilərsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciətlər yanvarın 22-dək qəbul olunacaq.