Azedu.az

Sertifikasiya prosesi ilə bağlı görüşlər davam edir

10 Yanvar 2024, 10:14
Sertifikasiya prosesi ilə bağlı görüşlər davam edir
"Sertifikasiya 2024" adlı təhsilverənlərin sertifikatlaşdırması prosesi ilə bağlı görüşlər davam etdirilir.
 
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib. 
 
Bildirilib ki, Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan riyaziyyat və xarici dil müəllimləri, həmçinin tədris digər dillərdə aparılan bölmələrinin Azərbaycan dili müəllimləri üçün "ZOOM" platforması üzərindən onlayn formada sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.
 
Görüşdə sertifikasiya qaydaları haqqında müəllimlərə məlumat verildikdən sonra onları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, analoji görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox