Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər davam edir.
Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, ictimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu [email protected] poçt ünvanına göndərilməklə aparılır. Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatacaq.
Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.