Azərbaycanda daha bir uşaq qızılcadan vəfat edib.
AzEdu.az xəbər verir ki, hadisə Bakıda baş verib.
Qızılcadan vəfat edən 2015-ci il təvəllüdlü Ömər Heydərov Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.
Yanvarın 4-də isə Cəlilabad rayon Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
TƏBİB-dən bildirilib ki, artıq əhalinin qızılca və məxmərəyə qarşı vaksinasiyasına start verilib.