Azedu.az

Naxçıvanda ilk dəfə təhsil sahəsində rəhbər vəzifələrə işə qəbul müsabiqəsi KEÇİRİLƏCƏK

Məktəblər

8 Yanvar 2024, 15:42
Naxçıvanda ilk dəfə təhsil sahəsində rəhbər vəzifələrə işə qəbul müsabiqəsi KEÇİRİLƏCƏK

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək.

 

Bu barədə AzEdu.az-a  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

 

Bildirilib ki, yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.



Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.



Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:



-şəxsiyyət vəsiqəsi


-göy rəngli diyircəkli qələm


Müsabiqə zalına gətirmək qadağandır:

 

mobil telefon və digər rabitə vasitələri

 

-ağıllı saat

 

- kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox