Biz anlamalıyıq ki, köhnəlmiş təhsildən gələcəyə hazırlaşmaq mümkün deyil.
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
Texnologiyanın tədrisə inteqrasiyasının önəmindən danışan nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsinin ilk məzunları 2024-cü ildə olacaq:
Nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsi 410 min, STEM isə 100 min uşağı əhatə edir. O, layihələrin 400 məktəbdə, eləcə də rayonlarda yaradılan regional mərkəzlər vasitəsilə icra edildiyini diqqətə çatdırıb.
Emin Əmrullayev hazırda bu layihələrin daha çox şagirdi əhatə etməsini hədəflədiklərini qeyd edib. O bildirib ki, həm rəqəmsal bacarıqlar, həm də STEM layihələrinin müəyyən elementləri milli kurikuluma salınacaq.