Azedu.az

Azad edilən ərazilərdə 100-dən çox yeni məktəb tikiləcək

29 Dekabr 2023, 10:21
Azad edilən ərazilərdə 100-dən çox yeni məktəb tikiləcək

2026-cı ilə qədər işğaldan azad edilən ərazilərdə 100-dən artıq yeni məktəbin tikintisi planlaşdırılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.

 

Nazir qeyd edib ki, işğal dövründə məcburi köçkün məktəbi statusu var idi. Bu, özlüyündə qeyri-adi status idi.

 

"Azərbaycanda məcburi köçkünlər qalmadığı kimi, məcburi köçkün məktəbləri də qalmasın. Böyük Qayıdış Proqramı çərçivəsində məktəblər, müəllim heyəti öz yurdlarına qayıdır. İnanırıq ki, həmin məktəblər Azərbaycan təhsili üçün keyfiyyətli təhsil xidməti göstərən məkana çevriləcək.

 

Öz yurdlarına qayıdan insanlar arasında müəllimlər olur. İlk növbədə həmin şəxslərin yaşayış yerlərinə görə məktəblərə cəlb edirik", - deyə E.Əmrullayev bildirib.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox