Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi 2024-cü ildə keçiriləcək buraxılış imtahanları barədə ictimaiyyətə açıqlama verib.
DİM-dən AzEdu.az-a bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında- I zona üzrə abituriyentlər 17 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı- II zona üzrə təhsil alan abituriyentlər isə 7 aprel tarixində imtahanda iştirak edəcək.
Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.