Azedu.az

“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

Məktəblər

Maraqlı

27 Dekabr 2023, 15:07
“Rəqəmsal gələcəyə addım” müsabiqəsi keçirilib

Elm və Təhsil Nazirliyi, "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin təşkilatçılığı ilə "Kod saatı" qlobal hərəkatı çərçivəsində “Rəqəmsal gələcəyə addım” müsabiqəsi həyata keçirilib. 


 
Nazirlikdən AzEdu.az-a bildirilib ki, 3 mərhələdə keçirilən müsabiqə ərzində ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində informatika təmayüllü 10-11-ci sinif şagirdləri üçün infosessiya, həmçinin Quba şəhəri Alekseyevka kənd orta məktəbi və Şəmkir şəhəri M.Füzuli adına tam orta məktəb-liseydə “Kodlaşdırma üzrə açıq qapı” günləri təşkil olunub. 


 
“Kodlaşdırma üzrə açıq qapı” günlərində 400-dən çox şagird üçün İT mütəxəssisləri və bu istiqamətdə uğurları olan gənclərin iştirakı ilə tədbir təşkil edilib. Tədbirdə şagirdlər mütəxəssislərin təqdimatlarını dinlədikdən sonra onları maraqlandıran sualları ünvanlayıblar.


 
Tədbir müddətində həmçinin müxtəlif interaktiv oyun və viktorinalar təşkil edilib.


 
Qeyd edək ki, "Kod saatı" hərəkatının məqsədi İT sahəsi üzrə məktəblilər  arasında  təşviqat aparmaq və onları məlumatlandırmaqdır.  

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox