Tələbələri ən çox maraqlandıran suallardan biri də təhsil səviyyələri üzrə təqaüdlərin miqdarıdır. Təqaüdlərin ən son artımı 2023-cü il yanvarın 1-dən həyata keçib.
AzEdu.az təhsil səviyyələri üzrə ən son təqaüd miqdarını təqdim edir:
Doktorantura pilləsi üzrə:
Elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;
Fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
Magistratura səviyyəsi üzrə:
- kademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
Bakalavriat səviyyəsi üzrə:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
Orta ixtisas (Kollec) təhsili müəssisələrində:
- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat.
Peşə təhsili müəssisələrində:
- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat;
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat;
- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat.
Qeyd edək ki, 2024-cü il üçün tələbə təqaüdlərindəki artımla bağlı hər hansı bir qərar qəbul edilməyib.