Azedu.az

6-8-ci sinif şagirdləri arasında proqramlaşdırma yarışı keçiriləcək

Məktəblər

25 Dekabr 2023, 17:44
6-8-ci sinif şagirdləri arasında proqramlaşdırma yarışı keçiriləcək

Son illərdə məktəblilərimizin informatika fənni üzrə proqramlaşdırma müsabiqələrində nailiyyətləri yüksəlməkdədir. Tendensiyanı nəzərə alaraq 6-8-ci sinif şagirdləri arasında proqramlaşdırma sahəsinə marağı olanları dəstəkləmək üçün yeni il tətili ərəfəsində – 28 dekabr saat 15:00-dan 18:00-dək  proqramlaşdırma yarışı keçiriləcək. Yarış Azərbaycan və rus dillərində təşkil olunacaq.

 

Bu barədə Təhsil İnstitundan AzEdu.az-a məlumat verilib.

 

Qeyd olunub ki, müvafiq linklərə daxil olmaqla qeyd olunan tarixdə yarışda iştirak edə bilərsiniz:

//codeany.org/az/competition/62;

//codeany.org/ru/competition/62

 

Bütün iştirakçılara uğurlar arzulayırıq!

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox