Azedu.az

Balakəndə yeniyetmələr arasında ən yaxşı üzgüçülər məlum olub

23 Dekabr 2023, 17:26
Balakəndə yeniyetmələr arasında ən yaxşı üzgüçülər məlum olub

Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Üzgüçülük hamı üçün” layihəsinə Balakənin yeniyetmə üzgüçüləri də qoşulublar.

 

Layihə çərçivəsində dekabrın 23-də Balakən Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 8-i qız, 24-ü oğlan üzgüçü olmaqla, 32 idmançı iştirak edib.

 

 

AzEdu.az xəbər verir ki, bu barədə  Balakən Olimpiya İdman Kompleksindən məlumat verilib.

 

 

Bildirilib ki, oğlanların yarışında 12 yaşlı Yusif Rəcəbli 30 dəqiqə müddətində hamıdan çox – 1425 metr məsafə qət edib.

 

Qızların yarışında isə 13 yaşlı Aylin Tanrıverdiyeva fərqlənib. O, 30 dəqiqə müddətində 825 metr üzüb.

Rusiya ilə Ukrayna arasında hücumlar şiddətləndi
Son xəbərlərDaha çox