Azərbaycanda iki məktəbdə yanğın olub.
AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Digər hadisə Şəmkir şəhərində baş verib.
Ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb. Yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.