İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarına əsasən dünya üzrə şagird nailiyyətlərində zəifləmə müşahidə edilir.
AzEdu.az xəbər verir ki, 2023-cü il 5 dekabr tarixində dərc edilmiş PISA 2022 beynəlxalq qiymətləndirmə tədqiqatının hesabatlarında əksər Avropa və Amerika ölkələrində şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə göstəriciləri zəifləyib.
Hesabat o da qeyd olunur ki, nəticələrin zəifləməsinin əsas səbəbi Covid-19 pendemiyasının təhsilə mənfi təsiri ilə əlaqədardır. Xatırladaq ki, Covid-19 pandemiyası dövründə ölkəmizdə də ümumi təhsil müəssisələrinin bağlanmağına qərar verilib və tədris məsafədən onlayn formada davam etdirilib. Ötən gün Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi veb-saytında ölkəmizin PISA 2022 tədqiqatına dair nəticələri təqdim edilib. Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini qiymətləndirir.
Görünür, tədrisin onlayn həyata keçirilməsi təkcə ölkəmizdə deyil, həmçinin dünyada mənfi təsirlərə səbəb olub. Belə ki, bəzi məqamları aşağıdakı müddəalarla sıralaya bilərik.
Bununla belə, onlayn tədrisin tamamilə yararsız olduğunu demək çətindir. Yalnız Covid-19 pandemiyasının mənfi təsirlərindən, eyni zamanda gələcək təhlükələrdən qorunmaq üçün təhsilalanlara məktəbdə sağlam mühit yaratmaq və müxtəlif təhsil sistemləri üçün fərqli strategiyalar hazırlamaq əsas istiqamətlərdən biri kimi seçilməlidir.
Dünya mediasında PISA 2022 tədqiqatının nəticəsi ilə bağlı əks-sədalar birmənalıdır. Onlardan bir neçəsini təqdim edirik: