AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə “Örnək müəllimlər" layihəsini həyata keçirib.
Quba- Xaçmaz regionundan seçilən “Örnək müəllimlər”dən biri Gülnar Mirzəyevadır.
Gülnar Mirzəyeva Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin Biologiya müəllimidir.
O, şagirdlərin dərsi daha yaxşı qavraması üçün mövzulara uyğun olaraq təcrübələr aparır, praktiki dərslər təşkil edir.
Gülnar müəllimin praktiki dərslərindən fotoları təqdim edirik: