Ümumtəhsil müəssislərində tədris prosesi ilə paralel olaraq məktəbin gigiyenik vəziyyəti də şagirdlər üçün mühim əhəmiyyət kəsb edir.
Valideyn və şagirdlərdən gələn şikayətlərin bir qismi bəzi məktəblərdə anti-sanitar stuasiyanın mövcud olmasıdır.
Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarovun sözlərinə görə bir çox ümumtəhsil müəssisələri sanitar-gigiyenik qaydalara əməl etmir:
“Ümümtəhsil müəssisələrində sanitar-gigiyenik vəziyyətin gözlənilməsi əsas şərtlərdən biridir. İstənilən təhsil müəssisəsinin infrastrukturu təhlükəsiz təhsil şəraitini təmin etməlidir. Bu şəraitin olmasının əsas əlamətlərindən biri də sanitar-giyenik normalara riayətlə bağlıdır. Bu normalara hər bir məktəbin təsərrüfat üzrə direktor müavini və təsərrüfat müdiri cavabdehdir. Qeyd etmək lazımdır ki, bir çox məktəblərdə anti-sanitar şərait mövcuddur”.
Ekspert qeyd edib ki, məktəblər sanitar-gigiyenik vəziyyətin yoxlanması üçün müvafiq qurumların monitorinqlərini gözləməməlidir:
“Gigiyena və Epidemiologiya Mərkəzi bütün müəssisələrdə sanitar-gigiyenik normalara nəzarət edən orqandır. Bu qurum məktəblərin təchizat bölmələrində olan mütəxəssislərin iştrakı ilə monitorinqlər təşkil etməlidir. Sanitar qovşaqlar və anti-sanitar vəziyyətin höküm sürməsi obyektiv və subyektiv səbəblərdən biridir. Hansı məktəb rəhbərliyi bu məsəsləyə ciddi yanaşmırsa, onlar sərt şəkildə cəzalandırılmaldır. Sanitar-gigiyenik vəziyyəti yaxşı olmayan məktəblər aşkar edilməli, burada anti-sanitar vəziyyətin qaydaya düşməsi üçün tədbirlər görməlidirlər. Bu məsələ kompleks xarakter daşıyır. Hər bir rayon üzrə Gigiyena və Epidomologiya Mərkəzi, Təhsil idarəetmə orqanı və məktəb rəhbərliyi öz üzərinə düşəni etməlidir”.