Azedu.az

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

6 Noyabr 2023, 17:31
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

13 noyabr saat 15:00-dan respublika fənn olimpiadalarında iştirak üçün elektron qaydada qeydiyyat prosesinə start veriləcək.

 

AzEdu.az xəbər verir ki, şagirdlər //portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.


 
Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblillərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
 
Qeyd edək ki, fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox