Azedu.az

"Zəfər” festivalı çərçivəsində Uşaq Filarmoniyasında konsert keçirilib

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

5 Noyabr 2023, 13:30

8 Noyabr – Zəfər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında musiqili tədbir keçirilib.

 

AzEdu.az  xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, vokal sinfi, “Sədəf” xalq çalğı alətləri ansamblı, oğlanlardan və qızlardan ibarət rəqs kollektivləri çıxış edib.

 

Konsertdə “Qaytağı”, “Nəlbəki”, “Şuşanın dağları”, “Şalaxo”, “Qaval”, “Lakkuti”, “Şənlik”, “Yaşa” rəqsləri, “Bayatı-Şiraz”, “Söz olmasaydı”, “Bulaq üstə”, “Qarabağ”, “Ey Azərbaycanım” və digər musiqilər ifa edilib.

 

Mədəniyyət və incəsənət xadimləri, şəhid ailələrinin və qazilərin övladları və digər qonaqlar konsert proqramını izləyiblər.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox