Azedu.az

“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat başladı

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

3 Noyabr 2023, 13:10
“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat başladı

Bu gündən “Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat başlanır.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XIII respublika müsabiqəsi keçiriləcək. Müsabiqənin əsas məqsədi IX-XI sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır. Müsabiqədə iştirak etmək istəyən şagirdlər bu gün saat 11:00-dan etibarən dekabrın 15-dək //sabahinalimleri.edu.az/ portalında qeydiyyatdan keçərək, qeyd olunan istiqamətlər üzrə elektron ünvanlara formaları göndərməlidirlər.

 

Müsabiqə ilə bağlı qaydalar və formalar, eyni zamanda, əlavə məlumatı //sabahinalimleri.edu.az/ portalından əldə etmək olar. Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri göstərən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox