Azedu.az

Cəlilabadda orta məktəb binası qəzalı vəziyyətə düşüb

Məktəblər

Maraqlı

2 Noyabr 2023, 17:16
Cəlilabadda orta məktəb binası qəzalı vəziyyətə düşüb

Cəlilabad rayonunda Göytəpə şəhər V.Hüseynov adına 2 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.

 

Azedu.az Reporta istinadən xəbər verir ki, bu barədə bir qrup valideyn məlumat verib.

 

Onların sözlərinə görə, məktəbdə istilik sistemi, demək olar ki, yox vəziyyətindədir: "Məktəbin sinif otaqlarındakı taxta döşəmə çoxdan çürüyüb. Yağış suları sinif otaqlarına dolur. Elə vəziyyət yaranıb ki, təmir işləri aparmaq da qeyri-mümkündür. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu problemin həllinə kömək etsinlər".

 

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Sektorundan bildirilib ki, problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub.

 

"Sözügedən məktəbdə hazırda 642 şagird təhsil alır. Bu məktəb binası 50 ildən çoxdur ki, istismardadır. Növbəti illərdə məktəb üçün yeni binanın tikintisi gözlənilir", - qurumdan bildirilib.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox