Azedu.az

Yola təkər atan yeniyetmələr saxlanıldı 

Məktəblər

5 Oktyabr 2023, 11:38
Yola təkər atan yeniyetmələr saxlanıldı 

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

 

DİN-in mətbuat xidmətindən AzEdu.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər.

 

Həmin əməli törədən şəxslər – 2006-cı il və 2007-ci il təvəllüdlü şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəyi bildirilib.

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox